“Böyük Dəbilqə”: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

16 Fevral 2024 19:16 (UTC+04:00)

Azərbaycanın daha bir cüdoçusu Yaşar Nəcəfov Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.

Aznews.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə Villian Limanı (Braziliya) məğlub edib.

Daha əvvəl Balabəy Ağayev (60 kq) bürünc medal qazanmışdı. Rəşad Yelkiyev (66 kq) və Aydan Vəliyeva (52 kq) isə 3-cü yer uğrunda görüşdə rəqiblərinə məğlub olublar.

Qeyd edək ki, ilk gündə Azərbaycanın 15 cüdoçusu mübarizə aparıb.