İlham Əliyev 2 milyon manat ayırdı

8 Avqust 2013 15:49 (UTC+04:00)
Prezident İlham Əliyev avqustun 8-də Kürdəmir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Kürdəmir Rayon İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb.

AzNews.az