Qəbiristanlıqda 10 qadın öldürüldü

8 Avqust 2013 18:10 (UTC+04:00)


Əfqanıstanda qəbiristanlıqda törədilən partlayış nəticəsində 10 qadın həlak olub. İki qadın və uşaq isə ağır yaralanıb. Hadisə Hani Hel rayonunda baş verib.

Qadınlar Ramazan bayramı münasibətilə yaxınlarının məzarını ziyarət edərkən bomba partlayıb.

Hələlik hadisəyə görə məsuliyəti heç kəs üzərinə götürməyib. Ancaq Əfqanıstan hakimiyyəti partlayışı "Taliban" silahlılarının törətdiyini güman edir.

Elnarə
AzNews.az