Bakıda COP26-nın prezidenti ilə COP29-a hazırlıq məsələləri müzakirə edilib

17 Fevral 2024 09:43 (UTC+04:00)

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) Prezidenti Ser Alok Şarma Ekologiya və Təbii Sərvətlər Nazirliyində olub.

Aznews.az xəbər verir ki, bu barədə COP29-un Təşkilat Komitəsinin üzvü, BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai "X" hesabında paylaşım edib.

Bildirilib ki, görüş zamanı tərəflər COP29-a hazırlıq məsələlərini müzakirə edilib.

Qeyd edək ki, COP26 Şotlandiyanın Qlazqo şəhərində keçirilib.