Xankəndidə silah və sursatlar aşkarlanıb

17 Fevral 2024 10:28 (UTC+04:00)

Fevralın 16-da Xankəndi şəhəri ərazisində 7 silah aşkarlanıb.

Aznews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, ötən gün 2 ədəd avtomat silahı, 4 tüfəng, 1 tapança, 1 qumbaraatan, 9 ədəd qumbara, 19 qumbara alışdırıcısı, 11 ədəd patron darağı, 846 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.