İşğaldan azad olunmuş Zəngilan rayonunda 32 ildən sonra ilk toy mərasimi keçirilir

17 Fevral 2024 16:57 (UTC+04:00)

İşğaldan azad olunmuş Zəngilan rayonunda bu gün toy mərasimi keçirilir.

Aznews.az xəbər verir ki, toy rayonun Ağalı kəndində baş tutur.

Bu, 32 ildən sonra Zəngilanda keçirilən ilk toy şənliyidir.

Qeyd edək ki, hazırda Ağalı kəndində 871 sakin yaşayır.

Mərasimdən fotoları təqdim edirik: