Azərbaycanda İLK DƏFƏ - Festivalda avtomobil hədiyyə ediləcək

18 Fevral 2024 13:25 (UTC+04:00)

Azərbaycanda ilk dəfə festivalda avtomobil hədiyyə ediləcək.

Aznews.az xəbər verir ki, təşkilatçı şirkət olan "Quality Event" dən alınan məlumata görə, belə bir festival Azərbaycanda ilk dəfə təşkil olunacaq. Azərbaycanın əsas ifaçılarının çıxış edəcəyi festivalda yalnız müğənnilərin çıxışı deyil, işıq və səhnə dekoru xüsusi olaraq hazırlanacaq.

Bundan başqa təşkilatçı şirkət "Quality Event" xanımlarımıza özəl günlərində özəl hədiyyə etməyi qərara alıb.

Bu səbəbdən də elektromobil qazanmaq şansı yaradıb.

Elektromobili qazanmaq üçün heç bir əlavə şərt irəli sürülməyib.

Sadəcə olaraq bilet alıb festivalda iştirak etmək kifayətdir.

Xatırladaq ki, elektromobil "Quality Event" və MG "Motors Azərbaycan" tərəfindən hədiyyə olaraq təqdim ediləcək.