Bakıda toz normadan iki dəfə artıqdır

19 Fevral 2024 13:09 (UTC+04:00)

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Aznews.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, havada tozun miqdarı 1.7-2 dəfə normadan artıqdır.

"Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”, - o deyib.