20 ildir axtarışda olan mafiya lideri həbs edildi - FOTO

8 Avqust 2013 20:55 (UTC+04:00)
Londonda İtaliya mafiyasının nüfuzlu liderlərindən biri, 20 il beynəlxalq axtarışda olan Domeniko Rankadore tutulub. Anspress Britaniya polisinin yaydığı məlumata istinadən bildirir ki, 64 yaşlı "xaç atası" dünən axşam öz malikanəsində həbs edilib. Onun həbsi üçün Avropa orderi 2012-ci ilin yanvarında verilib.

İtaliya hakimiyyəti Rankadoreni Siciliyanın Trabiya şəhərində fəaliyyət göstərmiş "Koza nostra" mafioz qruplaşmasının başçısı sayır. 1990-cı illərin əvvəlində ona yeddi il həbs kəsilmişdi. İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, mafiya başçısı britaniyalı qızla evlənib və Londonda turizm şirkəti yaradıb, dəbdəbəli həyat sürür. Bu gün onun İtaliyaya ekstradisiyası gerçəklişdirilir.

AzNews.az