Navalninin cəsədinin harada olduğu qeyri-müəyyən olaraq qalır

19 Fevral 2024 18:15 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putinin ən tanınmış əleyhdarlarından olan Aleksey Navalninin həbsxanada xəstələnərək vəfat etməsi xəbərinin yayılmasından üç gün keçsə də, onun cəsədinin harada olması ilə bağlı qeyri-müəyyənlik davam edir.

Bildirilir ki, Navalninin anası 3 gündür ki, oğlunun meyitini görə bilmir.

Navalninin sözçüsü Kira Yarmış, Navalninin anasının bu gün oğlunun saxlandığı həbsxananın yaxınlığındakı qəsəbədəki meyitxanaya baş çəkmək istədiyini, ancaq içəri buraxılmadığını, onunla birlikdə meyitxanaya gedən vəkillərdən birinin "təpikləndiyini" söyləyib.

Yarmış zabitlərin Navalninin cəsədinin orada olub-olmadığını soruşduqda cavab vermədiyini bildirib.

Mövsüm

Aznews.az