İran G7-nin Rusiya ilə bağlı ittihamlarını rədd edir

19 Fevral 2024 18:46 (UTC+04:00)

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kanani G7 ölkələrinin İslam Respublikasını Ukraynadakı xüsusi hərbi əməliyyatda istifadə üçün pilotsuz təyyarələri Rusiyaya ötürməkdə ittiham edən bəyanatını rədd edib.

Aznews.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Biz dəfələrlə əmin etmişik ki, münaqişədə istifadə üçün Rusiyaya pilotsuz uçan aparatlar təhvil verməmişik. İrandan fərqli olaraq, ABŞ da daxil olmaqla, ittihamlar irəli sürənlər Ukraynada müharibənin davam etdirilməsindən bəhrələnirlər. Bu, müharibə Ukrayna xalqına qarşı gedir. Biz G7-nin bəyanatında yer alan ittihamları tamamilə rədd edirik”, - deyə Nasir Kanani qeyd edib.

Həmçinin bildirək ki, fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində yeddi ölkənin xarici işlər nazirləri İranı “Rusiya ordusuna yardımı dayandırmağa” çağırıblar. Onlar həmçinin bütün ölkələrdən İranın “Rusiyanın müharibə səylərini dəstəkləmək məqsədi daşıyan” pilotsuz təyyarə istehsalı proqramları üçün komponentlərin tədarükünün qarşısını almağı tələb ediblər.

Mövsüm