Münhen Təhlükəsizlik Konfransı artıq sülhə nail olmaq məqsədi daşımır -Aleksandr Vuçiç

20 Fevral 2024 12:49 (UTC+04:00)

Fevralın 16-18-də keçirilən Münhen Təhlükəsizlik Konfransı göstərdi ki, beynəlxalq aktorlar artıq sülhə nail olmaq üçün çalışmırlar.

Aznews.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç TASS-a müsahibəsində bildirib.

“Mən kiçik bir ölkəni təmsil edirəm və böyük ölkələrin işlərinə qarışmaq hüququna malik deyiləm və əksər liderlərdən, prezidentlərdən və baş nazirlərdən fərqli olaraq, bilirəm ki, bizim fikrimiz o qədər də vacib deyil, lakin bəzən digərlərindən fərqlənir, ona görə də görkəmlidir. Mən dəfələrlə Münhen Konfransında olmuşam. Məncə Qərb dünyasının necə düşündüyünü görmək və eşitmək,həmçinin müxtəlif fikirləri dinləmək və nə isə öyrənmək vacibdir. Bu dəfə çox şey gördüm,amma qorxuram ki, sülhün bərqərar olması üçün innovativ və ixtiraçı həllər tapmaq üçün kifayət qədər nəticə yoxdur. Mənə elə gəlir ki, “sülh” sözü dünyada sevilməyən və arzuolunmaz sözə çevrilib”, - Vuçiç bildirib. O, konfrans iştirakçılarını “futbol azarkeşləri” ilə müqayisə edib.

"Dünya siyasətinin yeni arxitekturası, şübhəsiz ki, yaranacaq, çoxlu dəyişikliklər olacaq və o, əvvəlkindən çox fərqli olacaq. Biz buna bir az öyrəşirik, amma bircə onu deyə bilərəm ki, azadlığımızı, özümüz düşünmək, müstəqil qərarlar qəbul etmək və xalqımızın mənafeyinə uyğun qərar vermək hüququmuzu daim müdafiə edirik”, - deyə dövlət başçısı yekunlaşdırıb.

Mövsüm