Həsən Ruhanidən azərbaycanlılara ilk böyük zərbə

9 Avqust 2013 07:57 (UTC+04:00)
Yeni hökumətdə cəmi iki türk nazir var


İranın yeni prezidenti Həsən Ruhaninin yeni hökumətində azərbaycanlı nazirlər də var. Ancaq bu nazirlərin sayı indiyə qədərki bütün dövrlərdən daha azdır. Bu barədə Güney Azərbaycanın Mərənd şəhərindən seçilən millət vəkili Məhəmməd Həsənnejad verib. O, jurnalistlərlə söhbətində millət vəkili bildirib ki, Həsən Ruhani nazir seçimində ədalətsizliyə yol verib: "25 milyon Azərbayan türkü arasından yalnız 2 türk nazirin adını parlamentə təqdim edib. Bu, ədalətli deyil".

O bildirib ki, Ruhani Təbrizdə təbəliğat kampaniyasında Azərbaycan türklərinin haqlarını özünə veriləcəyini vəd edib: "Biz hökumətin formalaşması ərəfəsində gileylənmək niyyətində deylik. Amma ümid edirik ki, o, Azərbaycanın problemlərinə, o cümlədən Urmu gölünün qurumasının qaşısının alınacağına dair vədləri yerinə yetirəcək".

Parlamentin iqtisadiyyat komissiyasının da üzvü olan millət vəkili vurğulayıb ki, Güney Azərbaycanda işsizlik və əhalinin miqrasiyası problemlərinin də həllini gözləyir: "Azərbaycan Araz və digər çayların olmasına baxmayaraq hələ də susuzluqdan əziyyət çəkir".

Elnarə
AzNews.az