Barak Obama söz verdi

9 Avqust 2013 08:30 (UTC+04:00)
ABŞ Prezidenti Barak Obama bildirib ki, Rusiya-Amerika münasibətlərinin bəzi məsələlərini cümə günü mətbuat konfransında dəqiqləşdirəcək. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə Frans Press agentliyi məlumat verir.

Obama Ağ evdə Yunanıstanın baş naziri Antonis Samarasla danışıqlardan sonra cümə axşamı jurnalistlərlə görüşüb. Rusiya və ABŞ tərəfindən yüksək səviyyədə görüşün ləğvi barədə tez-tez səslənən suallara cavab olaraq prezident onları cümə günü mətbuat konfransında verməyi xahiş edib. Əvvəllər Obama tərəfindən belə tədbirin cümə günü keçirilməsi barədə məlumat verilməyib.

Mətbuat konfransı yerli vaxtla saat 15.00-da başlayacaq, agentlik qeyd edib. Ertəsi gün Obama Massaçusets ştatına doqquz günlük məzuniyyətə gedəcək.

Ağ ev çərşənbə günü bildirib ki, Obama Rusiya lideri Vladimir Putinlə Moskvada sentyabrdakı görüşü ləğv etməyə qərar qəbul edib, bu qərarı, o cümlədən, amerika xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Edvard Snoudenı müvəqqəti sığınacaq verilməsi ilə bağlayıb. Eyni zamanda, ABŞ prezidenti Rusiyada G20 iclasında iştirak etmək niyyətindədir.

AzNews.az