Britaniya Hərbi Dəniz Qüvvələri Yəmənin Ədən yaxınlığında gəmiyə hücum etdiyini bildirib

22 Fevral 2024 12:57 (UTC+04:00)

Britaniya Hərbi Dəniz Qüvvələrinin Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Yəmənin Ədən limanı yaxınlığında gəmiyə hücum etdiyini bildirib.

Bu barədə UKMTO X sosial şəbəkəsində məlumat verib.

“UKMTO Yəmənin Aden şəhərindən 70 dəniz mili cənub-şərqində insident barədə məlumat alıb. Səlahiyyətlilər araşdırma aparır”, - deyə məlumatda qeyd edilib.

UKMTO hadisəni hücum adlandırıb. Əlavə məlumat verilmir. UKMTO gəmilərə ərazidə ehtiyatla hərəkət etməyi və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.

Mövsüm

Aznews.az