Naxçıvan Ali Məclisinin yaz sessiyası üzrə növbəti plenar iclasının vaxtı açıqlanıb

22 Fevral 2024 13:26 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyası üzrə növbəti plenar iclasının vaxtı məlum olub.

Aznews.az xəbər verir ki, iclas fevralın 27-də keçiriləcək.

Sessiyanın iclasında Ali Məclisin qanunvericilik təşəbbüsü ilə çıxış etməsi barədə, bəzi normativ hüquqi aktlara düzəlişlər edilməsi və digər məsələlərin müzakirə olunması nəzərdə tutulur.