Nazir Latviya səfiri ilə COP29-a hazırlığı müzakirə edib

22 Fevral 2024 16:08 (UTC+04:00)

Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev görüşüb.

Bu barədə Aznews.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.