Lavrov Braziliya prezidenti ilə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib

23 Fevral 2024 16:50 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə Ukraynadakı vəziyyəti müzakirə edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib .

“Prezident Luiz İnasio Lula da Silva birtərəfli təşəbbüslərin və ultimatumların mənasızlığını vurğulayaraq, münaqişənin bütün tərəflərin qanuni təhlükəsizlik narahatlıqlarını nəzərə almaq əsasında həllinin tərəfdarı olan Braziliyanın mövqeyini bir daha təsdiqləyib”, - deyə XİN-dən bildirilib.

Bildirilir ki, görüşdə Rusiya və Braziliya arasında dostluq ikitərəfli münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri də müzakirə olunub. Bundan əlavə, bu il keçiriləcək BRİKS və G20 tədbirləri də daxil olmaqla, ən yüksək səviyyələrdə təmasların cədvəli nəzərdən keçirilib.

Mövsüm

Aznews.az