Ukrayna və Danimarka 10 illik təhlükəsizlik sazişi imzalayıb

23 Fevral 2024 17:23 (UTC+04:00)

Ukrayna prezidenti Vladimir Zelenski və Danimarkanın baş naziri Mette Frederiksen təhlükəsizlik sahəsində birgə iş haqqında ikitərəfli saziş imzalayıblar.

Ukrayna Prezidenti Aparatının rəhbərinin müavini İqor Jovkva bu barədə "Facebook"-da məlumat verib.

“Ukraynanın təhlükəsizliyi ilə bağlı Danimarka ilə daha bir razılaşma. Bu gün Lvovda Ukrayna prezidenti və Danimarkanın baş naziri Ukrayna və Danimarka arasında təhlükəsizlik sahəsində əməkdaşlıq və uzunmüddətli dəstək haqqında saziş imzalayıblar”, – Jovkva yazıb.

O, həmçinin bildirib ki, əməkdaşlıq çərçivəsində Danimarka Ukraynaya rabitə avadanlığı, radarlar, pilotsuz uçuş aparatları və digər avadanlıqlar şəklində 1,8 milyard avro məbləğində hərbi yardım verəcək. Maliyyə məsələsinə gəlincə, sazişdə 8,5 milyard avro vəsaitin ayrılması nəzərdə tutulub.

Mövsüm

Aznews.az