İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatın qurbanlarının sayı 29 500 nəfəri ötüb

23 Fevral 2024 20:07 (UTC+04:00)

Fələstin anklavının Səhiyyə Nazirliyinin təqdim etdiyi məlumatlara görə, Qəzza zolağında İsrail hərbi əməliyyatları başlayandan bəri 29 500-dən çox insan həlak olub.

"Hazırda Qəzzada İsrailin təcavüzü qurbanlarının sayı 29 514 nəfərə çatıb", - Səhiyyə Nazirliyininməlumatda deyilir. Həmin dövrdə anklavda 69 616 fələstinli yaralanıb.

Təkcə son 24 saat ərzində departamentin məlumatına görə, İsrail ordusunun anklavda keçirdiyi əməliyyatlar nəticəsində 104 nəfər ölüb, 160 nəfər yaralanıb. Beyrutdan yayımlanan “Al Mayadeen” telekanalının məlumatına görə, dağıntılar altında və yollarda çoxlu cəsəd qalıb və İsrail ordusu hadisə yerinə təcili yardım maşınlarının gəlməsinə imkan vermir.

Mövsüm

Aznews.az