Ermənistan MN: Fransa qüvvələri ilə əməkdaşlığın geniş planları var

23 Fevral 2024 20:35 (UTC+04:00)

Ermənistan və Fransa arasında müdafiə sektorunda əməkdaşlığın geniş planları var.

Bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan qeyd edib.

"İkitərəfli hərbi əməkdaşlıq bu ildən başlayaraq dəqiq planlaşdırmaya əsaslanır və o, iddialı məqsədlərlə 10-dan çox sahədə genişlənir. Bizim əməkdaşlıq proqramımız silahlı qüvvələrin demək olar ki, bütün aspektlərini əhatə edir. Müdafiə islahatları və hərbi təhsilə tam məsləhət dəstəyi verilir”, - o, fransalı həmkarı Sebastien Lekornu ilə birgə mətbuat konfransında deyib.

Papikyan əlavə edib ki, Fransa Silahlı Qüvvələri ilə əməkdaşlıq silahlı qüvvələrin müdafiə sistemlərinin modernləşdirilməsi və hərbi-texniki əməkdaşlığın inkişafı istiqamətində də irəliləyir.

Mövsüm

Aznews.az