Yaddaş ağrısı “yükləmələ”lər

9 Avqust 2013 08:59 (UTC+04:00)
Bizim kimlik olaraq yaddaşımız yoxdur.

Bizim yaddaş Qum və Moskvadır. Faciəmiz də buradan başlayır. El içində "qoyma ağıl" ifadəsi var. Toplum kimi biz oyuq.

Yaddaşı olmayan insan kimdir? Sadəcə bir yaşamaq ehtiyaclarını güdən canlı.

Yaddaş kimlik kimi formalaşan toplumun canıdır. Ona hərəkət verən, dəyər saxlayan, idarə edən bu can divi qoruyan can kimidir. O canı sındırmayınca divə qalib gəlmək mümkün olmur.

Şah Xətai bizim yaddaşda yox idi. Sovetlər dönəmində yarandı.

Nadir Şah gərək deyildi, yaddaş olmadı.

Babək bizim yaddaş parçamız deyildi, Sovet dönəmində yarandı.

Və beləcə bu gün yaddaşımızın içində gəzişdikcə bu yaddaş kartının nələrlə yüklənməsinə şahid ola bilərik.

Bu yükləmələri hazırlayan iki mərkəz arasındayıq əsrlərdir. Qum və Moskva.

Biri bizə din yaddaşı yazır, o biri siyasi yaddaş.

Nə zamana qədər biz yaddaşımızı öz yükləmələrimizə bağlamayacağıq, hazırlanan yaddaşların icraçıları olacağıq.

Qərb dediyimiz düzəndən isə bizə yalnız viruslar gələ bilər. Onlar bizim yaddaş kartımıza müdaxilə gücündə deyillər.

Yaddaş kartımızın açarı Qum və Moskva yaddaşımızın canıdırlar. O canı sındıracaq Məlikməmməd varmı?

AzNews.az