Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

24 Fevral 2024 21:38 (UTC+04:00)

Azərbaycanın idman gimnastı Nikita Simonov Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunda uğurlu çıxış edib.

Aznews.az xəbər verir ki, idmançı yarışda qızıl medala layiq görülüb.

Simonov halqalarla hərəkətdə fəxri kürsünün birinci pilləsinə qalxıb.