Ərdoğanla Putin arasında telefon danışığı olub

26 Fevral 2024 13:37 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb.

Bu barədə Türkiyə prezidentinin ofisi məlumat yayıb.

X sosial şəbəkəsində (keçmiş Twitter) yayılan mesajda deyilir: “Danışıqlar zamanı Rusiya prezidenti Putin prezident Ərdoğanı ad günü münasibətilə təbrik edib.

Bundan əlavə, liderlər ölkələr arasında ikitərəfli münasibətləri müzakirə ediblər.

Mövsüm

Aznews.az