Borrell: Qərbin hökmranlığı dövrü başa çatıb

26 Fevral 2024 14:09 (UTC+04:00)

Qərbin qlobal hökmranlığı dövrü Rusiyanın Ukraynada xüsusi əməliyyatının başlaması və Qəzza zolağında münaqişə ilə başa çatıb.

Bu barədə Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Cozef Borrell "İdeal" nəşri üçün yazdığı məqalədə bildirib.

“Qərbin hökmranlığı dövrü nəhayət başa çatıb. Biz bunu nəzəri cəhətdən başa düşsək də, bu yeni reallıqdan heç də həmişə əməli nəticələr çıxarmırıq”, o, qeyd edib.

Borrelin fikrincə, mövcud geosiyasi gərginlik Qərblə qarşıdurma istiqamətində inkişaf etməyə davam edəcək. Eyni zamanda, Qəzza zolağındakı münaqişə və Ukraynadakı xüsusi əməliyyat qlobal Qərblə qlobal Cənub arasında qarşıdurma riskini “əhəmiyyətli dərəcədə artırdığına görə” Avropanı “təhlükəsizliyinə təhdidlər baxımından solğun gələcək” gözləyir.

Mövsüm

Aznews.az