Yeni anti-Rusiya sanksiyaları oyunu dəyişmir -Kreml

26 Fevral 2024 15:48 (UTC+04:00)

Qərb öz iqtisadiyyatlarına açıq-aşkar ziyan vurmadan Rusiyaya qarşı yeni sanksiyalar barədə düşünə bilməyəcək.

Aznews.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Heç bir oyun dəyişikliyi elan edilməyib. Və bu sanksiyaları tətbiq edənlərin öz iqtisadiyyatlarına açıq-aşkar ziyan vurmadan hər hansı bir oyunun dəyişəcəyini düşünməsi qeyri-adidir . Avropa iqtisadiyyatı ilk növbədə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, minlərlə sanksiya ucbatından ciddi ziyan çəkir. Amerika şirkətlərinin də maraqları bundan öz payını alır”, - deyə Peskov qeyd edib.

Mövsüm