Aİ və NATO Ukraynaya qoşun göndərməyi müzakirə edir - Slovakiyanın baş naziri

26 Fevral 2024 20:02 (UTC+04:00)

Bəzi Aİ və NATO-ya üzv dövlətlər Kiyevlə müvafiq ikitərəfli razılaşmalara əsasən öz hərbi qulluqçularını Ukraynaya göndərməyi düşünürlər.

Bu barədə Slovakiyanın baş naziri Robert Fiko Parisdə Ukrayna ilə bağlı iclasa yola düşməzdən əvvəl hökumətin təcili iclasından sonra bildirib.

“Aİ və NATO-ya üzv olan bir qrup dövlət ikitərəfli razılaşmalar əsasında Ukraynaya öz hərbi qulluqçularını göndərmək barədə düşünür”, - deyə Fiko bildirib.

O, söz verib ki, Slovakiya heç bir şərt olmadan öz hərbi personalını Ukraynaya göndərməyəcək. Bir gün əvvəl Fiko, baş nazir postunu itirmək demək olsa belə, bunu etməyəcəyini söyləyib.

“Biz digər ölkələrin Ukrayna ilə ikitərəfli müqavilələr bağlamasına mane ola bilmərik [əsgər göndərmək imkanını nəzərdə tutur], lakin açıq şəkildə bildiririk ki, gözlənilən məqsədə nail olunmayacaq. İnanırıq ki, [əsgər göndərmək qərarı] Ukraynada gərginliyin böyük eskalasiyasına səbəb olacaq”, - Slovakiyanın baş naziri xəbərdarlıq edib.

Mövsüm

Aznews.az