Macarıstan parlamenti Tamaş Szujoku ölkənin yeni prezidenti seçib

26 Fevral 2024 21:27 (UTC+04:00)

Macarıstan parlamenti Konstitusiya Məhkəməsinin sədri Tamaş Suyoku ölkənin yeni prezidenti seçib.

67 yaşlı Suyokun namizədliyi hakim Fides-Macarıstan Vətəndaş Birliyi partiyaları və onların kiçik tərəfdaşları, parlamentdəki 199 yerdən 135-nə sahib olan Xristian Demokratlar koalisiyası tərəfindən təklif edilib.

Səsvermə zamanı bütün hökumətyönlü deputatlar Şuyoku dəstəkləyib və bu, onun birinci turda qələbəsini təmin edib.

Mövsüm

Aznews.az