Simonyan: "Azərbaycan və Türkiyə ilə dinc yanaşı yaşamağın əleyhinə deyiləm"

27 Fevral 2024 12:52 (UTC+04:00)

Azərbaycan və Türkiyə ilə dinc yanaşı yaşamağın əleyhinə deyiləm.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan fevralın 27-də jurnalistlər qarşısında çıxışı zamanı bildirib.

“Kimin başqa variantı varsa, onu dinləməyə hazıram”, - o vurğulayıb.

Parlament sədri qeyd edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərdə irəliləyiş var.

Alen Simonyan jurnalistlərə açıqlamasında Rusiya hərbçilərinin İrəvanda Zvartnots hava limanından çıxmasına da münasibət bildirib. O deyib ki, rusiyalı hərbçilərin aeroportdan getməsi daha doğru addım olar. A.Simonyan Ermənistanın sərhədlərini qoruya biləcəklərinə əmin olduğunu da vurğulayıb.

Qeyd edək ki, fevralın 28-29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında Berlində görüş keçiriləcək.