Fiko: Parisdə Ukraynada sülh haqqında bir kəlmə belə yox idi

27 Fevral 2024 13:32 (UTC+04:00)

Slovakiyanın baş naziri Robert Fiko Ukrayna ilə bağlı Parisdə keçirilən görüşdən məyus olub , çünki orada “sülh haqqında bir kəlmə belə yoxdur”.

Bu barədə Slovakiyanın "TVNoviny" telekanalı məlumat yayıb.

O, görüş zamanı heç kimin münaqişənin həlli və sülhü müzakirə etmək üçün mümkün plan məsələsini qaldırmamasına “çox təəccüblənib”.

Onun sözlərinə görə, Parisdəki konfransda “hərbi” atmosfer olub.

Mövsüm

Aznews.az