Almaniya rəsmiləri hökumət əleyhinə etirazlar fonunda maaş artımı alacaqlar

27 Fevral 2024 13:36 (UTC+04:00)

Yanacaq subsidiyalarının ləğvi, eləcə də ölkədə qiymətlərin artması ilə əlaqədar alman fermerlərinin hökumət əleyhinə etirazlarına baxmayaraq, Almaniya koalisiya hökuməti üzvlərinin və federal prezidentin maaşları martın 1-dən artırılacaq.

Bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.

Kansler Olaf Şolzun rəsmi maaşı bütün müavinətlərlə birlikdə indiki 20 702 avrodan 22 083 avroya yüksələcək. Artım 1381 avro və ya 6,67% təşkil edəcək.

Federal prezident Frank-Valter Ştaynmayerin maaşı ayda 21 625 avrodan 23 003 avroya yüksələcək. Artım ayda 1378 avro və ya 6,37% təşkil edəcək.

Mövsüm

Aznews.az