Kiyev Makronun Aİ qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı sözlərini dəstəkləyib

27 Fevral 2024 15:25 (UTC+04:00)

Kiyev Fransa prezidenti Emmanuel Makronun Qərb ölkələrinin qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı sözlərini dəstəkləyir və bu cür söhbətləri Avropa üçün risklərin dərk edilməsi kimi qiymətləndirir.

Bunu Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"Bu, ilk növbədə, Avropa üçün risklərin mütləq başa düşülməsini göstərir",-deyə Podolyak qeyd edib.

Podolyakın sözlərinə görə, Qərb ölkələrindən Ukraynaya qoşun yeritməkdən danışmaq yaxşı əlamətdir.

Mövsüm

Aznews.az