Lavrov Aİ-nin Rusiyaya qarşı raket koalisiyası yaratmaq planını intihar adlandırıb

27 Fevral 2024 18:55 (UTC+04:00)

Fransa prezidenti Emmanuel Makronun səsləndirdiyi Avropa ölkələrinin Rusiya ərazisinə hücum etmək məqsədi ilə Ukraynaya uzaqmənzilli raketlərin tədarükü üçün koalisiya yaratmaq planları intihar xarakteri daşıyır.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yəmənin baş naziri Əhməd bin Mübarəklə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, müzakirələr zamanı Fransa lideri ilk dəfə olaraq “bir növ doqquzuncu raket koalisiyasının” yaradılmasını elan edib.

“Təklif edilən koalisiya Rusiya Federasiyasının ərazisinə dərinlikdə çatmaq üçün uzaqmənzilli silahların tədarükünü əhatə edəcək ki, bütün bunlar təsdiqlənərsə, bu, artıq intihara səbəb olacaq”, - deyə Lavrov vurğulayıb.

Mövsüm

Aznews.az