Husilər Qırmızı dənizdə sualtı kabel təxribatı ilə bağlı iddiaları rədd edir

27 Fevral 2024 19:04 (UTC+04:00)

Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilər Qırmızı dənizin dibi ilə keçən sualtı rabitə kabelləri sisteminə ziyan vurduqlarını inkar ediblər.

“Biz sionist düşmənlə əlaqəli kütləvi informasiya vasitələrində Qırmızı dənizdə beynəlxalq sualtı kabellərin zədələnməsinin səbəbləri ilə bağlı iddialar yayan təbliğat xəbərlərini təkzib edirik”, - husilər bildiriblər .

İsrailin “Globes” qəzeti daha əvvəl xəbər vermişdi ki, husilər Qırmızı dənizdə Avropa, Asiya və Afrikanı birləşdirən telekommunikasiya infrastrukturunun bir hissəsi olan dörd sualtı kabeli zədələyiblər.

Qəzet əlavə edib ki, zədələnmiş kabellərin bərpası ən azı iki ay çəkəcək.

Mövsüm

Aznews.az