Polşanın baş naziri embarqonu digər Ukrayna məhsullarına da uzatmaq istəyir

27 Fevral 2024 20:24 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) bazarda yerli istehsalçıların maraqlarını qorumasa, Polşa Ukraynanın kənd təsərrüfatı məhsullarına embarqonu genişləndirə bilər.

Bu sözləri Polşanın baş naziri Donald Tusk "Telewizja Polska" telekanalının efirində deyib.

“Polşa Ukrayna taxılına qoyulan embarqoya sadiqdir. Biz Ukrayna tərəfi ilə danışırıq ki, Avropa İttifaqı Avropa və Polşa bazarlarını qorumaq üçün daha effektiv yollar tapmasa, embarqonu digər məhsullara da genişləndirmək lazım gələcək”, - Tusk bildirib.

O əlavə edib ki, Varşava Avropada toplanmış artıq taxılın ərzağa ciddi ehtiyacı olan ölkələrə humanitar yardım kimi göndərilməsi üçün maliyyə ayırmağa hazırdır.

Mövsüm

Aznew.az