İran: Biz Misirlə normallaşma üçün lazımi addımların atılmasına razılaşdıq

27 Fevral 2024 20:33 (UTC+04:00)

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian misirli həmkarı Samih Şükri ilə Tehran-Qahirə əlaqələrinin normallaşması üçün lazımi addımların atılmasında razılaşdıqlarını bəyan edib.

İran dövlət televiziyasının xəbərinə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasının İsveçrənin Cenevrə şəhərində keçirilən 55-ci Sessiyasına qatılan Abdullahian iclaslar kənarında Misirin xarici işlər naziri Şükri ilə görüşüb.

Abdullahian görüşün məzmunu ilə bağlı məlumat verərək, “Misirli həmkarımla İranın Qəzzaya yardımının çatdırılması, Qəzzada humanitar məsələlərə xüsusi diqqət yetirilməsi, mövcud müharibə və soyqırımın siyasi həlli ilə bağlı mühüm müzakirələr apardıq",-deyə qeyd edib.

Şükri ilə Tehran-Qahirə əlaqələrinin normallaşması üçün lazımi addımların atılması üçün razılaşdıqlarını ifadə edən Abdullahian, "İşlər yaxşı istiqamətdə gedir. İnşallah, daha da irəli apara bilərik. Yaxın zamanda addımlar atılacaq",-deyə bildirib.

Mövsüm

Aznews.az