Kim Çen In Putini Rusiya prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib

18 Mart 2024 13:25 (UTC+04:00)

Şimali Koreya lideri Kim Çen In hazırkı dövlət başçısı, özünün namizədliyini irəli sürmüş Vladimir Putini Rusiyada keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Həmin gün Rusiya Mərkəzi Seçki Komissiyası protokolların 99,65%-ni işlədikdən sonra Putinin 87,32% səs qazandığını bildirib.

Mövsüm

Aznews.az