Rusiya rəhbərliyi Yunanıstan və digər dövlətlərdən Rusiya silahlarının üçüncü ölkələrə ötürülməsinin qeyri-mümkünlüyünə dair razılaşmaların həyata keçirilməsini istəyəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
Diplomat qeyd edib ki, Rusiya tərəfi Yunanıstana hərbi-texniki əməkdaşlıq haqqında 30 oktyabr 1995-ci il tarixli hökumətlərarası sazişin müddəalarının pozulması ilə bağlı dəfələrlə xəbərdar edib.
"Biz Yunanıstandan, eləcə də Rusiya silah və texnikasının tədarük edildiyi bütün digər ölkələrdən bu ən mühüm ikitərəfli sənədə ciddi riayət olunmasını tələb etməyə davam edəcəyik",-deyə Zaxarova vurğulayıb.
Mövsüm
Aznews.az