Rusiyanın Ermənistanda dövlət çevrilişinə çağırışları ilə bağlı iddialar əsassızdır -Mariya Zaxarova

28 Fevral 2024 18:35 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın guya respublikada dövlət çevrilişinə çağırış etməsi ilə bağlı səsləndirdiyi fikirlər tamamilə əsassızdır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı qeyd edib.

“Rusiya rəsmiləri heç vaxt heç bir yerdə qanuni yolla seçilmiş hakimiyyəti devirmək üçün belə çağırışlara icazə verməyib”,- deyə Zaxarova bildirib.

Diplomat bildirib ki, Rusiya tərəfi “həm İrəvanın indiki, həm də əvvəlki hakimiyyətlərinə, ümumiyyətlə, istənilən suveren ölkəyə münasibətdə” eyni yanaşmadan istifadə edir.

Bundan əvvəl Paşinyan “France 24” telekanalına müsahibəsində iddia etmişdi ki, ötən ilin payızında Rusiya rəsmiləri Ermənistanda hökumət hakimiyyətini devirməyə çağırıblar.

Mövsüm

Aznews.az