Meksikada iki merliyə namizəd bir-birindən bir neçə saat fərqlə öldürülüb

28 Fevral 2024 20:06 (UTC+04:00)

Meksikanın Miçoakan ştatının Maravatio şəhərində bir neçə saat fərqlə iki merliyə namizəd öldürülüb.

EYNİ GÜNDƏ İKİ NAMİZƏD ÖLDÜRÜLÜB

Mühafizəkar Milli Fəaliyyət Partiyasının (PAN) namizədi Armando Peres və hakim sol təmayüllü Morena partiyasından Migel Anqel Reyes bir neçə saat aralı hücumlarda öldürülüb.

Peresin öldürülməsindən qısa müddət sonra namizəd yoldaşı Reyesin cəsədi həkim işlədiyi xəstəxananın yaxınlığında tapılıb.

Meksika prezidenti Andrés Manuel López Obrador gündəlik mətbuat konfransında qətlləri "faciə" adlandırıb.

Meksikanın təhlükəsizlik naziri Rosa Icela Rodrigez hökumətin 2024-cü il seçkilərinə qədər zorakılığı azaltmağa çalışdığını bildirib.

Mövsüm

Aznews.az