Polis qadını dükanda vəhşicəsinə döydü - FOTO

9 Avqust 2013 14:29 (UTC+04:00)
ABŞ-ın Ayova ştatında polislə bağlı yeni qalmaqal yaşanır.


Brendi Redellin dediyinə örə, Devenport şəhərindəki "Von Maur" marketində olarkən polis zabiti onu vəhşicəsinə döyüb.

Aldığı zərbələrdən bədənində bir neçə hematoma yaranan Brendi Redellin sözlərinə görə, sağ gözünun görmə qabiliyyəti zəifləyib.

"O, yumruqla gözümə vurdu. Gözüm şişdi və həmin gündən bəri sağ gözüm pis görür. Daha doğrusu, görmə qabiliyyətinin 70 faizini itirmişəm. Üstəlik, polis zabiti məni 14 aylıq qızımın qarşısında vururdu. Uşaq da ağır psixoloji şokdadır", - Redell söyləyib.

Milli.Az CBS-ə istinadən bildirir ki, Brendi Redell "Von Maur" marketindən 388 dollar dəyərində paltar oğurlamağa çalışdığını etiraf edib.

Oğurluq anı marketin videomüşahidə kameralarına düşəndən sonra qadını saxlayıblar və menecer otağına aparıblar.
Oraya polis çağırılıb.

Polis zabiti Skott Krou da otaqda qadını diqndirməyə başlayıb, sonra döyüb.

Krou isə bildirib ki, qadın onu dişləməyə başlayanda B.Redelli vurmağa başlayıb: "Bu, zəruri özünümüdafiə idi".

Redellin sözlərinə görə, qeyri-rəsmi nikahda olduğu Ceyms Gibsona zəng vurandan sonrpa polis zabiti onu vurmağa başlayıb.

Əvvəllər oğurluğa görə iki dəfə məhkum olunmuş Brendi Redellin məhkəməsi avqustun 23-də başlanacaq.

AzNews.az