Sərxoş kişi arvadının maşınını qaçırdı
9 Avqust 2013 14:20 (UTC+04:00)
Avqustun 7-də saat 22.00 radələrində, Binə qəsəbəsinin ərazisindən, qəsəbə sakini Məlahət Əhmədova DIN-in 102 zəng хidmətinə mürаciət еdərək оnа məхsus "Opel" markalı avtomaşının qaçırıldığını bildirib.
AzNews.az-ın DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Хəzər RPI 2-ci PB əməkdаşlаrı tərəfindən аpаrılmış аraşdırmalar zamanı avtomaşını idarə etmiş M.Əhmədovanın əri Əbdülhüseynin sərxoş halda olduğundan avtomaşını saxladığı yeri unutması müəyyən edilib.
Аvtomaşın Binə qəsəbəsinin ərazisində tapılıb.
AzNews.az