Neftçalada 30 yaşlı kişi intihar edib

2 Mart 2024 09:00 (UTC+04:00)

Neftçala sakini intihar edib.

Aznews.az xəbər verir ki, hadisə rayonun Qoltuq yaşayış massivində qeydə alınıb.

Belə ki, həmin massivin sakini 1994-cü il təvəllüdlü Bağırov Əli Elmar oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.