İmişli sakini dəm qazından zəhərlənib

3 Mart 2024 17:07 (UTC+04:00)

İmişli rayonunda yeniyetmə dəm qazından zəhərlənib.

"Aznews.az" xəbər verir ki, hadisə rayonun Otuziki kəndində qeydə alınıb.

Kənd sakini, 2007-ci il təvəllüdlü G.Rüstəmova hamam otağında dəm qazından zəhərlənib.

Zəhərlənən şəxs İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.