Kolumbiya liderliyi əldən verdi

9 Avqust 2013 17:50 (UTC+04:00)
Kolumbiya artıq dünyada kokain istehsalı üzrə lider deyil.

Lent.az-ın "mignews.com" saytına istinadən verdiyi məlumata görə, BMT-nin Narkotik Vasitələrlə və Cinayətkarlıqla Mübarizə İdarəsi 2012-ci ildə Kolumbiyada koki plantasiyalarının sahəsinin 25 faizə qədər azaldığını açıqlayıb.

Əgər 2011-ci ildə Kolumbiyada 64 min hektar ərazidə koki becərilibsə, 2012-ci ildə bu göstərici 48 min hektara düşüb. Boliviyada da koki becərilən sahələr azalıb. Bunun əksinə, Peruda çoxalıb. Bununla da Peru kokain istehsalına görə dünya liderinə çevrilib.

Qeyd edək ki, kokain koki yarpaqlarından hazırlanır.

AzNews.az