TÜRKPA-ya üzv dövlətlərdə yaşamaq icazəsi asanlaşdırılacaq

4 Mart 2024 11:56 (UTC+04:00)

TÜRKPA-ya üzv dövlətlərdə yaşamaq üçün icazə asanlaşdırılacaq.

Bununla bağlı məsələ qurumun Hüquq məsələləri və Beynəlxalq əlaqələr komissiyasının Bakıda keçirilən 11-ci iclasının gündəliyinə daxil edilib.

Toplantıda “TÜRKPA üzv dövlətlərində yaşamaq üçün icazənin asanlaşdırılması haqqında” model qanunun hazırlanması barədə məsələ parlamentarilərin müzakirəsinə çıxarılacaq.