Eyfel qülləsində bomba həyəcanı

9 Avqust 2013 19:21 (UTC+04:00)
Bu gün Parisdə Eyfel qülləsinə bomba yerləşdirilməsi xəbəri yayılıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu haqda məlumat polisə daxil olduqdan sonra təxliyə qərarı verilib. Nəticədə qüllədə olan turistlər oradan uzaqlaşdırılıb.

Təxliyə prosesi yerli vaxtla saat 14.00-dan sonra başlayıb. İki saat ərzində Eyfel qülləsinə giriş bağlı olub.

Qeyd edək ki, mütəxəssislər qüllədə bomba tapmayıb. Bundan sonra Eyfel qülləsinin qapıları yenidən qonaqların üzünə açılıb.

AzNews.az