Rusiyadan böyük köç başlayır- 13 avqustda

9 Avqust 2013 19:37 (UTC+04:00)

Avqustun 12-dən etibarən Moskvada miqrantlar üçün yaradılan Qolyanovo düşərgəsi boşaldılacaq. Bu barədə məlumatı Federal Miqrasiya Xidmətinin Moskva üzrə nümayəndəsi Olqa Kirillova verib.

Onun sözlərinə görə, yaxın günlərdə düşərgədəki miqrantlardan üçdə biri vətənlərinə göndəriləcək. Deportasiya prosesinin avqustun 13-dən başlayacağını bildirən O. Kirillova təyyarələrdə boş yerlər tapılacağı təqdirdə prosesin daha tez başlayacağını istisna etməyib:

"Artıq miqrantların şəxsiyyəti müəyyənləşdirilib. Əvvəlcə Qolyanovo düşərgəsində saxlanılan miqrantlar özləri barədə səhv məlumat verdiklərindən bu proses bir qədər uzanırdı. İndi isə miqrantlarn şəxsiyyəti müəyyən edilib və onlar ilk fürsətdə ölkələrinə göndəriləcəklər".

Elnarə
AzNews.az