“Binə“ yenə yandı

9 Avqust 2013 22:46 (UTC+04:00)
Bakıda ticarət mərkəzində yanğın olub.

Qaradağ Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yanğın hadisəsi "Binə" ticarət mərkəzində qeydə alınıb. Ticarət mərkəzində yerləşən məişət avadanlıqları mağazasında 220 kv.m sahə yanıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürünləri yanğının qarşını alıb.

Yanğının qısa qapanmadan baş verməsi ehtimal edilir.