İsveç NATO-ya üzv oldu

7 Mart 2024 20:53 (UTC+04:00)

İsveç NATO-nun 32-ci üzvü oldu.

Aznews.az xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb.

“Yerli vaxtla saat 17:30-a (Bakı vaxtı ilə 19:30) Baş nazir Ulf Kristersson alyansa üzv olmaq barədə müqaviləni ABŞ hökumətinə təqdim etdi", - deyə qeyd olunub.

Alyans rəhbəri Yens Stoltenberq martın 11-də NATO-nun Brüsseldəki mənzil-qərargahında İsveç bayrağının qaldırılması mərasimini elan edib.